...

"Ağıllı" saat xəstəlik barədə xəbərdarlıq edəcək

Maraqlı Materials 23 Yanvar 2017 08:01 (UTC +04:00)
“Ağilli” sensorlarla təchiz edilmiş qola taxılan qadcet qan təzyiqi, nəbz və dəri hərarətini izləyən ötürücülər vasitəsiylə istifadəçinin xəstəliyinin əlamətlərini əvvəlcədən aşkar etməyə qadirdir.
"Ağıllı" saat xəstəlik barədə xəbərdarlıq edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Maykl Snayderin rəhbərlik etdiyi ABŞ-ın Stenford Universitetinin alimlər qrupunun fikrincə, “ağilli” sensorlarla təchiz edilmiş qola taxılan qadcet qan təzyiqi, nəbz və dəri hərarətini izləyən ötürücülər vasitəsiylə istifadəçinin xəstəliyinin əlamətlərini əvvəlcədən aşkar etməyə qadirdir.

Trend "www.hitech.vesti.ru" saytına istinadən məlumat verir ki, iki il ərzində 43 nəfər könüllü arasında sınaqdan keçirilmiş sözügedən qurğu vasitəsiylə alimlər ölçülər götürərək toplanmış məlumatları bu və ya digər hadisələrlə (səyahət, yuxu problemi, soyuqdəymə və s.) qarşılaşdırıblar. Nəticədə məlum olub ki, “ağıllı” qolbaq insan sağlamlığının ümumi vəziyyətini izləmək və ehtimal olunan patologiyaların qarşısını almaq qabiliyyətinə malikdir.

Hazırda Snayderin rəhbərlik etdiyi komanda xəstəliyi yüksək dəqiqliklə müəyyən edəcək alqoritmlərin işlənməsi ilə məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti