Bakı. Fidan Həsənzadə - Trend:
Axşamdan qalan suyu içərkən dadının dəyişdiyini hiss etmisinizmi? Bunun səbəbi suyun ph-idir.
Trend-in məlumatına görə, gecədən səhərə qədər suyun ph-i (qida dəyəri) düşür və havada olan karbonoksidi özünə çəkir.
Buna görə də axşamdan üstü açıq qalmış suyun dadı dəyişir və bir qədər asidli olur. Asidli suyun insan bədəninə mənfi təsiri olmasa da, təzə sudan istifadə etmək məsləhət görülür.