...

Əbədi işləyən saat yaradıldı

Maraqlı Materials 16 Sentyabr 2018 00:24 (UTC +04:00)
Avstraliyalı mütəxəssislər hazırlanmasında sapfirdən istifadə edilmiş cihaz təqdim ediblər
Əbədi işləyən saat yaradıldı

Bakı. Trend:

Avstraliyalı mütəxəssislər hazırlanmasında sapfirdən istifadə edilmiş cihaz təqdim ediblər. Trend-in məlumatına görə, qurğunun işlənib hazırlanmasına 20 il vaxt sərf olunub.

“Sapphire Clock” adlı unikal saatın əsasını kriogen sapfirdən hazırlanmış ossilyator təşkil edir. O, praktiki olaraq sıfırdan -267 selsi dərəcəyədək soyudan 1200 karatlıq sapfir kristaldan hazırlanıb.

Yeni saat istənilən kommersiya analoqundan min dəfə daha dəqiq işləyir. Cihaz saniyədə 10 milyard dəfə sürətlə tıqqıldayır. Sapfir saatın işləmə müddəti əlavə sazlamalar olmadan 40 milyon ilə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti