...

Qonşu qızı sevindirən lakin vəfat edən "Santa Klaus"

Maraqlı Materials 19 Dekabr 2018 04:59 (UTC +04:00)
86 yaşlı Uels sakini Ken Uotsonun ölümündən sonra onun qızı atasının qonşu qıza 2032-ci ilə qədər hazırladığı hədiyyələri təhvil verib
Qonşu qızı sevindirən lakin vəfat edən "Santa Klaus"

Bakı. Tural Turan - Trend:

86 yaşlı Uels sakini Ken Uotsonun ölümündən sonra onun qızı atasının qonşu qıza 2032-ci ilə qədər hazırladığı hədiyyələri təhvil verib. Trend-in məlumatına görə, bu barədə Ken Uotsonun qonşusu “Twitter” sosial şəbəkəsində yazıb.

Uotson 100 il yaşamağı nəzərdə tuturdu və ona görə qonşu qızın 16 yaşına çatanadək Milad hədiyyələrini hazır etmişdi. Lakin Ken Uotson 86 yaşında vəfat edib.

Qonşu yazıb ki, 2012-ci Uotsonun həyat yoldaşı vəfat etdikdən sonra Ken macəralar və ünsiyyət axtarırdı.

Qonşunun dediyinə görə, Ken onların qızına hər il Milad bayramında hədiyyələr verərdi.

2032-ci ilə qədər hədiyyələr alan qonşu nə edəcəyini bilmədiyindən sosial şəbəkədə hətta sorğu da yerləşdirib. Sorğuda hədiyyələri indi açmaq ya da 2032-ci ilə qədər gözləmək variantları qeyd olunub. 5 mindən çox istifadəçi hədiyyələri 2032-ci ildə açmağı tövsiyə edib.

Qonşu buna baxmayaraq artıq bu il üçün hədiyyəni açıb. Hədiyyə Tom Ungererin “Melloplar Miladı necə bayram edirdilər” adlı kitab olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti