...

Juan Kanselu "Əl-Hilal"dan ayrıla bilər

Maraqlı Materials 31 Dekabr 2025 11:44 (UTC +04:00)
Juan Kanselu "Əl-Hilal"dan ayrıla bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun məşhur müdafiəçisi Juan Kanselunun yanvar transfer pəncərəsində klubdan ayrılmaq ehtimalı yüksəkdir.

Trend xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, "İnter" icarə şərtləri və mümkün müqavilə ilə bağlı "Əl-Hilal"a müraciət edib. "Barselona" və "Yuventus" da son 48 saat ərzində Kanselunun vəziyyəti ilə bağlı məlumat almaq üçün Ərəbistan təmsilçisi ilə əlaqə saxlayıb.

Qeyd olunur ki, 31 yaşlı futbolçu 2024-cü ilin yayından bəri "Əl-Hilal"da çıxış edir. Bu mövsüm klubda altı oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Juanın hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir. O, karyerası ərzində "İnter", "Barselona", "Yuventus", "Bavariya", "Mançester Siti", "Valensiya" və "Benfika" kimi tanınmış klublarda çıxış edib.

Xəbər lenti

Xəbər lenti