...

AR Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Sentyabr 2007 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 19-da saat 00.50-dən 01.50-dək və saat 04.50-dən 05.15-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01:15-dən 01:30-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, həmçinin, saat 03:30-dan 04:00-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur. Bu barədə məlumat çərşənbə günü Azərbayan Respublikası Müdafiə Nazirliyi mətbuat xidlmətindən verilib.

Xəbər lenti

Xəbər lenti