...

QAT sədri: "BMT də müzakirələr Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etməyəcək"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Sentyabr 2007 17:02 (UTC +04:00)
QAT sədri: "BMT də müzakirələr Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etməyəcək"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / BMT Baş Assambleyasının 62-ci sessiyasında GUAM ölkələrində dondurulmuş münaqişələrlə bağlı aparılan müzakirələr Dağlıq Qarabağ probleminin həllinə təsir etməyəcək. Bu barədə çərşənbə axşamı Bakıda Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib.

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyası çağırılmalı və Ermənistan işğalçı ölkə kimi tanınmalıdır. Yalnız bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri ola bilər", -deyə QAT sədri əlavə edib.

BMT Baş Assambleyasının 62-ci sessiyasında GUAM ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) ərazisində olan dondurulmuş münaqişələr müzakirə olunacaq.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin may ayının 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.QAT sədri hesab edir ki, Rusiya BMT-də Ermənistanın əleyhinə olan hər hansı qətnamənin qəbul olunmasına imkan verməz.

Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə, 28 yanvar 2000-ci ildə Bakıda Qarabağ Azadlıq Təşkilatı yaradılıb. Təsis qurultayında tarix elmləri namizədi, dosent Akif Nağı QAT-ın sədri seçilib. QAT öz sıralarında ölkənin tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünləri, ağsaqqalları, gəncləri, keçmiş döyüşçüləri, ehtiyatda olan yüksək rütbəli zabitləri, həmçinin, əhalinin digər sosial təbəqələrinin nümayəndələrini birləşdirir. Hazırda QAT-ın Azərbaycan üzrə rayon, şəhər, çadır düşərgələrində 74 yerli şöbəsi, o cümlədən Türkiyə, İran, Rusiya, İsveç, Almaniya, Fransa, Kanada, Estoniya, İraq və digər ölkələrdə təmsilçiləri fəaliyyət göstərir. Təşkilatın 10 min nəfərdən artıq rəsmi üzvü var.

Xəbər lenti

Xəbər lenti