...

Azərbaycanın işğal olunmuş ərazilərində güclü partlayışlar baş verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2007 15:15 (UTC +04:00)

Azərbaycan Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Tərtər rayonunun işğal altında olan Talış kəndində bazar günü gecə saatlarında güclü partlayışlar baş verib. Trend in bölgə müxbirinin məlumatına görə, paytaxt Bakıdan 375 kilometr cənub-qərbdə yerləşən Tərtərin Talış kəndində baş verən bir neçə partlayış qoşunların təmas xəttindəki evlərə ciddi ziyan vurub. Hasar və binalarda çatlar yaranıb. Qoşunların təmas xəttində yaşayan sakinlərin bildirdiyinə görə, bu cür partlayış halları son vaxtlar intensivləşib.

Azərbaycan Müdafiə Nazirliyindən isə bildiriblər ki, Azərbaycanın işğal olunmuş əraziləri nəzarətsiz qaldığından, Ermənistan Silahlı Qüvvələri hərbi təlimlər keçirir.

Xəbər lenti

Xəbər lenti