...

Azərbaycan YUNESKO-nu işğal olunmuş ərazilərdə mədəni abidələrin qorunmasına müdaxilə etməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Oktyabr 2007 19:09 (UTC +04:00)
Azərbaycan YUNESKO-nu işğal olunmuş ərazilərdə mədəni abidələrin qorunmasına müdaxilə etməyə çağırıb

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Azərbaycan YUNESKO-nu, işğal olunmuş ərazilərdə və Ermənistanda yerləşən Azərbaycan xalqına məxsus mədəni abidələrin məhv olmadan qorunması üçün qısa zamanda sıx əməkdaşlıq etməyə çağırıb. Bu barədə cümə axşamı YUNESKO-nun baş konfransında çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.

"Azərbaycan YUNESKO-nun müdaxiləsini gözləyir",-deyə Məmmədyarov söyləyib.

Azərbaycan və Ermənistan arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycan ərazi iddiası ilə başlayıb. Azərbaycanın 20% ərazisi, həmçinin, Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunub.

İşğal olunmuş ərazilərdə erməni silahlı qüvvələri 1,421 mədəniyyət evi, 15 şəhər və 503 kənd mədəniyyət evi və klubu, 8 rayon, 32 şəhər, 10 uşaq və 683 kənd kitabxanası, 6 mədəniyyət və istirahət parkı, 47 uşaq musiqi məktəbi, 3 teatr, 3 qalereya, 464 tarixi abidə, təqribən 40 min tarixi əl işi və 4,6 mln. kitab məhv edib və dağıdıblar.

Xəbər lenti

Xəbər lenti