...

Ermənistan hərbçilərinin girov götürdüyü şəxs Qazax rayon sakinidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Noyabr 2007 13:22 (UTC +04:00)
Ermənistan hərbçilərinin girov götürdüyü şəxs Qazax rayon sakinidir

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Ermənistan hərbçiləri daha bir Azərbaycan vətəndaşını girov götürüb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının çərşənbə günü yaydığı məlumata görə, Qazax rayonu II Şıxlı kənd sakini, 33 yaşlı Binnətov Məsim Elxan oğlu noyabrın 5-də müəmmalı şəraitdə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, BQXK-nın Ermənistan nümayəndəliyinin əməkdaşları Binnətova baş çəkiblər. Onun sağlıq durumu və saxlanma şəraitinin normal olduğu bildirilir.

Dövlət Komissiyası tərəfindən olayla bağlı müvafiq araşdırmalar aparılır, Binnətovun vətənə qaytarılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, kiçik çavuş Samir Məmmədov ötən il dekabrın 24-də ermənilər tərəfindən əsir götürülüb. Qazax rayonundakü N saylı hərbi hissənin əsgəri, Bərdə rayon hərbi komissarlığından hərbi xidmətə çağrılan Məmmədov hərbi hissədən 15 kilometr aralıda, Qazax-İcevan sərhədində ermənilər tərəfindən əsir götürülüb.

Bu il avqustun 2-də 1978-ci il təvəllüdlü, mülki şəxs Anar Əliyev cəbhə xəttində ermənilər tərəfindən girov götürülüb. Onun ruhi xəstə olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti