...

Azərbaycanlı nazir Ermənistanda Azərbaycanla bağlı tədbirin keçirilməsini vaxtından qabaq atılmış addım sayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2007 12:25 (UTC +04:00)
Azərbaycanlı nazir Ermənistanda Azərbaycanla bağlı tədbirin keçirilməsini vaxtından qabaq atılmış addım sayır

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Ermənistanda "Azərbaycan günləri"nin keçirilməsi düşünülməmiş və vaxtından qabaq atılmış addımdır. Trend in məlumatına görə, bu fikirləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib. O, qeyd edib ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal altında saxladığı üçün Azərbaycanın işğalçı ölkə ilə mədəniyyət sahəsində ikitərəfli əlaqələri mümkün deyil.

"Ancaq bu, o demək deyil ki, biz Ermənistanın mədəniyyət naziri ilə beynəlxalq tədbirlərdə görüşüb, fikir mübadiləsi aparmırıq. Biz danışırıq və bu da təbiidir, çünki biz beynəlxalq ailənin üzvləriyik ", deyə Qarayev bildirib. Nazirin sözlərinə görə, Ermənistanda "Azərbaycan günləri" kimi tədbirləri keçirməkdə ermənilərin məqsədi Ermənistanın güya "sülhpərvər" olduğunu nümayiş etdirməkdir. Qarayevin fikrincə, Ermənistanda belə tədbirlərin təşkili və azərbaycanlıların orada iştirakı düzgün deyil və Azərbaycan üçün ziyanlıdır.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti