...

Vyananın mərkəzində Ermənistanın Azərbaycana təcavüzünü əks etdirən sərgi təşkil olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Mart 2008 14:04 (UTC +04:00)
Vyananın mərkəzində Ermənistanın Azərbaycana təcavüzünü əks etdirən sərgi təşkil olunub

Avstriya, Vyana, 08 mart / " , müxbir A.Ələsgərov/ Azərbaycan-Türkiyə Cəmiyyətinin üzvləri Vyananın mərkəzi Ştefansplatze meydanında Ermənistanın Azərbaycana qarış təcavüzünü əks etdirən informasiya sərgisi təşkil ediblər. Sərgidə ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırım haqqında materiallar alman və ingilis dillərində təqdim olunub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək Azərbaycan xalqına qarşı soyqırım törədiblər. Bir gecədə 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib.

Sərgidə Azərbaycan bayrağı ucaldılıb, Azərbaycana qarşı erməni təcavüzünü pisləməyə çağıran plakatlar nümayiş olunub.

Avstriyada təhsil alan azərbaycanlı tələbələr Azərbaycana qarşı erməni təcavüzünün əsl reallıqlarını açıqlayan çoxsaylı broşuralar paylayıblar. Hazırda Vyanada böyük turist axını müşahidə olunur və bununla əlaqədar əvvəlcədən müxtəlif dillərdə materiallar hazırlanaraq paylanılıb.

Azərbaycan səfirliyinin dəstəyi ilə təşkil olunmuş tədbir yerli Avstriya vətəndaşlarının və ölkə paytaxtında səfərdə olan turistlərin marağına səbəb olub.

Xəbər lenti

Xəbər lenti