Azərbaycan, Bakı, 12 mart / " , müxbir C.Babayeva/ Azərbaycan Müdafiə Nazirliyi hərbi xidmətdə olan Yaqub Allahverdi oğlu Muxtarovun Ermənistan tərəfinə təslim olmasına dair məlumatı araşdırır. Bu barədə çərşənbə günü nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlı məlumat verib.
"Novosti-Armeniya" Agentliynin verdiyi məlumata görə, martın 9-da yerli vaxtla saat 19:00 Azərbaycanın hərbi xidmətçisi bilərəkdən Azərbaycan-Ermənistan sərhədini keçib.
"Novosti-Armeniya"nın məlumatına görə, Muxtarov 1988-ci il aprel ayının 29-da anadan olub. Onun yaşadığı yer Şəki şəhəri, Xoyski küçəsi, 116 ünvanıdır. O, Yol-Nəqliyyat Texnikomunu bitirib.