...

Ermənilərin əsir götürdüyü azərbaycanlı əsgər hərbi hissəni özbaşına tərk edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Mart 2008 12:45 (UTC +04:00)
Ermənilərin əsir götürdüyü azərbaycanlı əsgər hərbi hissəni özbaşına tərk edib

Azərbaycan, Şəki, 13 mart / Trend , müxbir E.Quliyev/ Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərinin hərbi hissəni özbaşına tərk etdiyi barədə ailəsinə rəsmi məlumat verilib.

Bu barədə cümə axşamı Trend un bölgə müxbirinə əsir götürülmüş Yaqub Allahverdi oğlu Muxtarovun nənəsi Qənnab Yaqubova məlumat verib.

Yaqubova bildirib ki, sonuncu dəfə nəvəsi ilə martın 9-da telefonla danışıblar. Yaqub Muxtarov Novruz bayramı ərəfəsində evə gələcəyini deyib.

Nəvəsinin əsir götürülməsi ilə bağlı məlumatı dünən axşam mətbuatdan öyrəndiklərini deyən Yaqubova bildirib ki, Müdafiə Nazirliyindən və Şəki şəhər Hərbi Komissarlığından onlara heç bir məlumat verilməyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən və Hərbi Komissarlıqdan Muxtarovun hərbi hissəni özbaşına tərk etdiyi bildirilib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Seyran Şahsuvaryan Azərbaycan Ordusunun əsgəri, 1988-ci il təvəllüdlü, Şəki şəhərində anadan olmuş Muxtarovun Tovuz rayonu istiqamətində əsir götürülməsi barədə xəbər yayıb.

Martın 11-də səhər saatlarında Muxtarovun xidmət etdiyi hərbi hissənin giziri əsgərin ailəsinə gələrək onların övladlarının hərbi hissəni özbaşına tərk etdiyini bildirib və onun evə gəlib-gəlmədiyini sorusub.

Əsirin valideynləri məsələnin araşdırılması üçün Muxtarovun xidmət etdiyi hərbi hissəyə gediblər.

1988-ci il təvəllüdlü Muxtarov ötən ilin oktyabrında Şəki şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məsələ ilə bağlı əlavə məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti