Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 11-də saat 13.30-dan 13.45-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdən və Çinari kəndi, Noyemberyan rayonu Barekamavan kəndi ərazisindəki mövqelərindən Azərbaycan Respublikasının Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Ağbulaq kəndi, Qazax rayonunun Kəmərli kəndi sahəsində yerləşən mövqelərini, saat 22.55-dən 23.00-dək Ağdam rayonu Yusifcanlı kəndi, 22.40-dən 22.55-dək və iyunun 12-dən saat 00.00-dan 00.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 00.00-dan 00.15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.