...

Azərbaycan NATO-nun onun ərazi bütövlüyünə dəstəyindən razıdır - xarici işlər naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2009 16:37 (UTC +04:00)
Azərbaycan NATO-nun onun ərazi bütövlüyünə dəstəyindən razıdır - xarici işlər naziri

Belçika, Brüssel, 15 iyul / Trend , xüsusi müxbir T.Mahmud / 

NATO-nun Strasburqda (Fransa) və Keledəki  (Almaniya) sonuncu sammitlərinin yekun sənədində qeyd olunduğu kimi, Azərbaycan bu gün NATO-ya üzv dövlətlərin onun ərazi bütövlüyünə qətiyyətli dəstəyindən razı qaldığını bəyan edib. Bu barədə Trend -a çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə NATO-Azərbaycan görüşündən sonra bildirib.

Nazirin qeyd etdiyi kimi, o, NATO səfirlərinə iyulun 17-də Moskvada keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Brüsseldə çərşənbə günü Fərdi tərəfdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində NATO-Azərbaycan illik görüşü keçirilib. Görüşdə xarici işlər nazirləri, Azərbaycan və Şimali Atlantika Şurasının hüquq-mühafizə orqanları və Şimali Atlantika Şurasının nümayəndələri iştirak edib. Görüşün əsas mövzusu enerji təhlükəsizliyi sahəsində iki ölkə arasında regional əməkdaşlıq, Əfqanıstanda antiterror fəaliyyəti və NATO missiyasının bu ölkədəki fəaliyyəti olub.

"NATO Azərbaycan ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində əməkdaşlığın geniş şəkildə öyrənilməsində maraqlıdır", - o bildirib.

"Biz həmçinin Əfqanıstan hökumətinə dair həm hərbi, həm də vətəndaş dəstəyinə dair müxtəlif ideyaları müzakirə etdik", - Məmmədyarov bildirib.

"Azərbaycan gənc əfqan diplomatlar üçün Bakının Diplomatiya Akademiyasında tədris kursları, əfqan həkimlərinin Müdafiə Nazirliyinin Tibb Akademiyasında təhsil alması, həmçinin sərhədçilər üçün məşqlər təklif edir", - deyə o, bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti