Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 16-da saat 11.25-dən 11.45-dək, 20.20-dən 20.55-dək fasilələrlə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.