...

Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədli film çəkilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Oktyabr 2009 13:30 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə Trend İnformasiya Agentliyi "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçılıq, terror siyasətinin ifşa edilməsi ilə bağlı sənədli filmin çəkilişi və yayımı" adlı layihəni həyata keçirir.
Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədli film çəkilir

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədli film çəkilir.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə Trend İnformasiya Agentliyi "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçılıq, terror siyasətinin ifşa edilməsi ilə bağlı sənədli filmin çəkilişi və yayımı" adlı layihəni həyata keçirir.

Layihənin koordinatoru və sənədli filmin ssenaristi Emil Hüseynli bazar ertəsi Trend -a bildirib ki, sənədli filmin çəkilişində məqsəd ermənilərin sülh və insanlıq əleyhinə törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaqdır.

Onun sözlərinə görə, artıq filmin çəkilişləri işlərinə başlanılıb və erməni vəhşiliyinin şahidi olanlar danışdırılır. Hüseynli həmçinin bildirib ki, filmdə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının arxiv materiallarının istifadəsi də nəzərdə tutulub və bu istiqamətdə müvafiq işlər görülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti