...

Ermənistanda Türkiyə ilə imzalanan protokolların baxılması üçün parlamentə təqdim edilməsi üzrə daxili prosedurlar başlayıb - nazir müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2009 14:22 (UTC +04:00)
Dünən Türkiyənin XİN rəhbəri Ermənistan-Türkiyə protokollarını parlamentin müzakirəsinə verib - Ankarada bu prosesə başlanılıb, Yerevanda da artıq bu sənədlərin baxılması üçün qanunvericilik orqanına təqdim edilməsi üzrə hökumətdə daxili prosedurlar başlayıb. Bu barədə cümə axşamı jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Arman Kirakosyan bildirib.
Ermənistanda Türkiyə ilə imzalanan protokolların baxılması üçün parlamentə təqdim edilməsi üzrə daxili prosedurlar başlayıb - nazir müavini

Dünən Türkiyənin XİN rəhbəri Ermənistan-Türkiyə protokollarını parlamentin müzakirəsinə verib - Ankarada bu prosesə başlanılıb, Yerevanda da artıq bu sənədlərin baxılması üçün qanunvericilik orqanına təqdim edilməsi üzrə hökumətdə daxili prosedurlar başlayıb. Bu barədə cümə axşamı jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Arman Kirakosyan bildirib.

Ermənistan xarici işlər nazirinin müavini QİƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri şurasının Bakıda keçirilən iclasında iştirak edir.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin bərpası haqqında protokol imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub

"Ermənistan-Türkiyə münasibətləri iki suveren ölkə arasında olan münasibətdir və leqal planda onların Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar ilə heç bir əlaqəsi yoxdur . Buna görə də biz bu sənədləri imzaladıq, bundan sonra ratifikasiya prosesi olacaq və əgər protokollar təsdiqlənsə, sərhədlər iki aydan sonra açılacaq və hökumətlərarası komissiyalar işə başlayacaq", - Kirakosyan bildirib.

Ermənistan xarici işlər nazirinin müavinin sözlərinə əsasən, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi heç bir maneə olmadan irəliləyəcək.

Xəbər lenti

Xəbər lenti