...

Azərbaycanlı deputat ATƏT-in Minsk Qrupuna üzv ölkələrin parlamentləri ilə əlaqələrin intensivləşdirilməsini təklif edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2009 12:59 (UTC +04:00)
Əgər Ermənistana təzyiq göstərilməsə, işğal olunan torpaqların geri qaytarılması mümkün olmayacaq. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün Azərbaycan Parlamenti ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin parlamentləri ilə əlaqələrini daha da genişləndirməlidir.
Azərbaycanlı deputat ATƏT-in Minsk Qrupuna üzv ölkələrin parlamentləri ilə əlaqələrin intensivləşdirilməsini təklif edib

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanlı deputat ATƏT-in Minsk Qrupuna üzv ölkələrin parlamentləri ilə əlaqələrin intensivləşdirilməsini təklif edib.

"Əgər Ermənistana təzyiq göstərilməsə, işğal olunan torpaqların geri qaytarılması mümkün olmayacaq. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün Azərbaycan Parlamenti ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin parlamentləri ilə əlaqələrini daha da genişləndirməlidir. Biz bu halda təcavüzkar dövlət kimi Ermənistana təzyiq göstərilməsinə də nail ola bilərik", - Trend -un məlumatına görə, çərşənbə axşamı Milli Məclisin iclasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti