...

Xocalı soyqırımının mediada işıqlandırılması üzrə müsabiqənin qaliblərinin adları açıqlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2010 17:02 (UTC +04:00)
"Azərsun-Holdinq" şirkətinin dəstəyi ilə həyata keçirilən layihənin qalibləri münsiflər heyətinin obyektiv seçimi nəticəsində müəyyənləşdirilib", - Trend News-un məlumatına görə, cümə axşamı keçirilən tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Xocalı soyqırımının mediada işıqlandırılması üzrə müsabiqənin qaliblərinin adları açıqlanıb

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir A.Hüseynbala/

Xocalı soyqırımının mediada işıqlandırılması üzrə müsabiqənin qaliblərinin adları açıqlanıb.

"Azərsun-Holdinq" şirkətinin dəstəyi ilə həyata keçirilən layihənin qalibləri münsiflər heyətinin obyektiv seçimi nəticəsində müəyyənləşdirilib", - Trend -un məlumatına görə, cümə axşamı keçirilən tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Amaşovun sözlərinə görə, Xocalı soyqırımı məsələsi həmişə jurnalistlərin diqqət mərkəzində olub. "Bu səbəbdən müsabiqəyə 80-ə yaxın yazı təqdim olunub. Münsiflər heyətinin qalib elan etdiyi müəlliflərin yazıları müxtəlif dillərə tərcümə edilərək müxtəlif portallarda yerləşdiriləcək", - Şura sədri əlavə edib.

"Biz Xocalı soyqırımını bütün dünyaya çatdırmalıyıq, bu hadisəyə hüquqi-siyası qiymət verilməsinə çalışmalıyıq", - "Azərsun-Holdinq" şirkətinin prezidenti Tahir Gözəl bildirib.

Onun fikrincə, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında jurnalistlərin rolu böyükdür. "Biz məhz bu səbəbdən Mətbuat Şurasının təşəbbüsünə dəstək vermişik", - Gözəl vurğulayıb.

Müsabiqənin qaliblərinə gəldikdə, birinci yerə "Kaspi" qəzetinin əməkdaşı Sənan Nəcəfov layiq görülüb.

İkinci yerin qalibləri "Ədalət" qəzetinin əməkdaşı Ceyhun Musayev"Qarabağa aparan yol" qəzetinin əməkdaş Səriyyə Müslümqızı olublar.

Üç müxtəlif qəzetin əməkdaşlarının yazılarını münsiflər heyəti üçüncü yerə layiq görüb. Bundan başqa, 10 jurnalistə həvəsləndirici mükafat verilib.

2009-cu il sentyabrın 1-dən 2010-cu il fevralın 1-dək keçirilmiş müsabiqəyə Azərbaycanın 41 elektron və çap KİV-i 76 məqalə ilə qoşulub. Müsabiqənin yekunu üzrə birinci yeri tutan müəllif 1000 manat, ikinci yer 650 manat, üçüncü yer isə 300 manat alıb. Bundan başqa, həvəsləndirici mükafat 500 manat həcmində olub.

Müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Bəxtiyar Sadıxov deyib ki, əvvəlcə beş həvəsləndirici mükafat nəzərdə tutulsa da, sonrdan daha beş yazının bu nominasiya üzrə qiymətləndirilməsi haqqında qərar verilib.

Müsabiqənin münsiflər heyətinin üzvləri arasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovla yanaşı, Milli Məclisin deputatı Elman Məmmədov, Rəşid Məcid, Bahəddin Həzıyev, Elşad Mirələm, Mahir Cavadlı da olublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti