...

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan mövqelərini atəşə tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 May 2010 10:29 (UTC +04:00)
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan mövqelərini atəşə tutub

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, düşmən əsgərləri mayın 11-də saat 13:40-dan 13:55-dək və 17:00-dan 17:15-dək Ermənistan Respublikasının Berd rayonu ərazisindəki adsız yüksəkliklərdən və Mosesqerx kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 10:55-dən 11:05-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14:50-dən 15:20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16:00-dan 16:15-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti