...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 May 2010 10:51 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 28-də saat 13:10-dan 13:15-dək və 14:10-dan 14:20-dək Tərtər rayonunun Yarımca və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən... Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 29 may /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 28-də saat 13:10-dan 13:15-dək və 14:10-dan 14:20-dək Tərtər rayonunun Yarımca və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 13:30-dan 13:45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə şənbə günü Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti