...

Peru Dağlıq Qarabağda keçirilən qondarma "parlament seçkiləri"ni tanımayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyun 2010 16:11 (UTC +04:00)
Peru Dağlıq Qarabağda keçirilən qondarma "parlament seçkiləri"ni tanımayıb.
Peru Dağlıq Qarabağda keçirilən qondarma "parlament seçkiləri"ni tanımayıb

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir M.Əliyev/

Peru Dağlıq Qarabağda keçirilən qondarma "parlament seçkiləri"ni tanımayıb.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata əsasən, Nümayəndəliyə mayın 23-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən "parlament seçkiləri"nə Perunun BMT yanında Daimi Nümayəndəliyinin mövqeyini əks etdirən məktub daxil olub.

Sənəddə Perunun dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı və ərazini zəbt etmək üçün gücün tətbiq edilməsinin qəbuledilməzliyi prinsiplərinə hörmət etdiyi təsdiq edilir, Dağlıq Qarabağ münaqişənin sülh və dialoq yolu ilə nizamlanmasının tərəfdar olduğu bildirilir və bu məqsədlə BMT və ATƏT-in Minsk qrupu çərçivəsində göstərilən səylərin dəstəkləndiyi vurğulanır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti