...

Azərbaycanın Qubadlı rayonunun Ermənistan tərəfindən işğalından 17 il ötür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Avqust 2010 00:00 (UTC +04:00)
Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından bu gün 17 il ötür.
Azərbaycanın Qubadlı rayonunun Ermənistan tərəfindən işğalından 17 il ötür

Azərbaycan, Bakı, 31 Avqust /Trend/

Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından bu gün 17 il ötür. Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən 31 avqust 1993-cü ildə işğal olunub.

Qubadlı rayonu əlverişli coğrafi mövqeyi, təkrarsız təbiəti, yalçın qayaları və sıldırım dağları ilə fərqlənir, Bərgüşad və Həkəri çayları ona xüsusi rövnəq verir

Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olmuş, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Erməni silahlı birləşmələrinin əlindən qurtulmuş insanlar hazırda respublikanın 47 bölgəsində məskunlaşmışlar. Onların əksəriyyəti Sumqayıtda yaşayır.

Hazırda təxminən 14 min hektar əkin sahəsi, 62 müəssisə və idarə, 10 mədəniyyət evi, onlarca məktəb, xəstəxana, xidmət obyekti və sair düşmən tapdağı altındadır.

Xəbər lenti

Xəbər lenti