...

ABŞ ATƏT-in Minsk qrupu formatında Qarabağ probleminin nizamlanması prosesində müsbət nəticəyə ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2010 17:02 (UTC +04:00)
ABŞ ATƏT-in Minsk qrupu formatında Dağlıq Qarabağ probleminin nizamlanması prosesində müsbət nəticəyə nail olunacağına ümid edir.
ABŞ ATƏT-in Minsk qrupu formatında Qarabağ probleminin nizamlanması prosesində müsbət nəticəyə ümid edir

ABŞ ATƏT-in Minsk qrupu formatında Dağlıq Qarabağ probleminin nizamlanması prosesində müsbət nəticəyə nail olunacağına ümid edir. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Tina Kaydanov bazar ertəsi Ermənistan Prezidenti Serj Sarkisyanla görüşdə bildirib. Məlumatı Ermənistan Prezidentinin mətbuat xidməti yayıb.

"Prezident Sarkisyan və ABŞ-dan olan yüksəkvəzifəli qonaq ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinin davam etdirilməsininin vacibliyini qeyd edərək, bu formatda aparılan danışıqların lazımi nəticə verəcəyinə ümid etdiklərini bildiriblər", - press-relizdə deyilir. Xəbəri "Novosti-Armeniya" yayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti