...

ATƏT-in Astanadakı sammitində Dağlıq Qarabağ üzrə irəliləyiş olmayacaq – politoloq Aleksey Vlasov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2010 09:00 (UTC +04:00)
Dekabrda Astanada keçiriləcək sammitdə Dağlıq Qarabağ ətrafında vəziyyəti dəyişəcək müəyyən qərarların qəbul ediləcəyini gözləməyə dəyməz, - MDU-nun tarix fakültəsinin dekan müavini, Trend-in Ekspertlər Şurasının üzvü Aleksey Vlasov belə hesab edir.
ATƏT-in Astanadakı sammitində Dağlıq Qarabağ üzrə irəliləyiş olmayacaq – politoloq Aleksey Vlasov

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Dekabrda Astanada keçiriləcək sammitdə Dağlıq Qarabağ ətrafında vəziyyəti dəyişəcək müəyyən qərarların qəbul ediləcəyini gözləməyə dəyməz, - MDU-nun tarix fakültəsinin dekan müavini, Trend-in Ekspertlər Şurasının üzvü Aleksey Vlasov belə hesab edir.

"ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev Qafqazda münaqişələrin nizamlanması üzrə yol xəritəsi ideyasını irəliyə aparmaq üçün dəfələrlə səy göstərib, lakin Qazaxıstanın təşəbbüsünün real nəticələri yoxdur", - çərşənbə günü Trend Agentliyinin jurnalistləri ilə görüşdə "Qafqaz xəbərləri" Analitik-İnformasiya Agentliyinin baş redaktoru Vlasov deyib.

Onun sözlərinə görə, Astanada ATƏT-in sammitində iqtisadi təhlükəsizlik, milli azlıqların problemi, təşkilatın yeni risk və çağırışlara daha dinamik və effektiv reaksiya verməsinə istiqamətlənən ATƏT-in islahat mövzuları prioritet olacaq.

"Sammitə qədər Dağlıq Qarabağ üzrə yeni irəliləyiş qərarlarının hazırlanacağını gözləmək, böyük optimizm nümayişi olardı", - Vlasov qeyd edib.

Onun sözlərinə görə, "Hadisələr müəyyən halda cərəyan edəcəyi təqdirdə, vəziyyətin 2011-ci ildə dəyişəcəyini gözləmək olar".

Onun fikrincə, Dağlıq Qarabağ ətrafında münaqişənin nizamlanması üzrə vasitəçilər başa düşürlər ki, Azərbaycanda ictimai narazılıq artır və 2011-ci ildə Dağlıq Qarabağ ətrafında rayonların qaytarılması barədə söhbətlər bərpa ediləcək.

"Şayiələrin bu dəfə özünü nə dərəcədə doğruldacağını və vasitəçilərin İrəvanı bu addımların atılmasının lazım olmasına inandıra biləcəklərini zaman göstərəcək",  - Vlasov bildirib.

Onun fikrincə, vasitəçilər, xüsusilə Rusiya və xarici oyunçular, məsələn, Türkiyə arasında Dağlıq Qarabağ məsələsini "ölü nöqtə"dən tərpətmək və ya hər şeyi virtual problem səviyyəsində qoymaq dilemması həll edilir. "Burada çox şey İran ətrafında hadisələrin necə cərəyan etməsindən asılı olacaq", - politoloq hesab edir.

"ABŞ İran problemini 2011-ci ildə həll etmək qərarına gəlsə, Dağlıq Qarabağ mövzusu virtual məkanda qalmaqda davam edəcək. İrana qarşı hər şey diplomatik və iqtisadi təzyiqlə kifayətlənsə və dünya mərkəzləri problemlərin həllinə danışıqlar yolu ilə nail olmağa qadirliklərini nümayiş etdirmək istəsələr, ola bilsin, 2011-ci ilin sonuna biz İrəvan tərəfdən güzəştlər görə biləcəyik", - Vlasov vurğulayıb.

Onun sözlərinə görə, Türkiyənin daxili çəkişmələrini nəzərə alaraq, bu ölkənin münaqişəyə təsirini şişirtmək lazım deyil.

"Türkiyə hakimiyyəti indiyə qədər öz xarici siyasət kursunu müəyyənləşdirməyib; odur ki, Ankara üçün erməni mövzusu Türkiyənin yaxın gələcəkdə Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzərdə hansı rolu oynamağa hazırlaşması ilə ümumi konteksdə yazılıb. Türkiyə hələ ki öz strategiyasını elan etmədən, taktiki qərarlar yolu ilə getməyə üstünlük verir. Buna görə də Ermənistana təzyiq üçün imkan məduddur", - o qeyd edib.

Vlasovun sözlərinə görə, bununla yanaşı, başa düşmək lazımdır ki, Dağlıq Qarabağ üzrə danışıqların struktur və formatının yaxın vaxtlarda dəyişdiriləcəyini gözləməyə dəyməz; belə ki, buna çox vaxt lazım olacaq və konkret qərarların qəbul edilməsi qeyri-müəyyən müddətə təxirə salınacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti