...

Ermənistan siyasətçiləri münaiqişə səbəbindən öz yerlərindən köçən Dağlıq Qarabağın azərbaycanlı əhalisinin maraqlarını nəzərə almırlar – LINKS-in araşdırması

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Dekabr 2010 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir E.Tarıverdiyeva/

Bu gün Böyük Britaniyanın LINKS araşdırma mərkəzi "Qarabağ: dərin müzakirə" məruzəsinin ilk hissəsini dərc edib. Bu barədə Trend-ə Böyük Britaniyanın qeyri-hökumət təşkilatı LINKS-in icraçı direktoru Dennis Sammut deyib.

"Araşdırmamızın birinci hissəsində Ermənistanın siyasi partiyalarının baxışları öz əksini tapıb. Məruzənin ikinci hissəsində Azərbaycanın siyasi partiyalarının baxışları olacaq və bu ay dərc ediləcək", - Sammut elektron poçtla bildirib.

Onun sözlərinə görə, gələcəkdə LINKS separatçı Dağlıq Qarabağın erməni siyasətçilərin və münaqişə nəticəsində Dağlıq Qarabağ ərazisindən qovulan azərbaycanlı siyasətçilərin fikirlərini də dərc etməyə ümid edir.

"Bu iş Qarabağ münaqişəsinin və onun həm ermənilər, həm də azərbaycanlılar arasında tənzimlənməsi çərçivəsində müzakirəsinin artırılması üzrə səylərimizin bir hissəsidir. Bu müzakirə iki ölkə arasında sülh danışıqlarına kömək edəcək", - o qeyd edib.

Sammutun sözlərinə görə, əksər erməni siyasətçilər hesab edirlər ki, Aİ münaqişənin həlli üçün daha çox şey etməlidir. Onun fikrincə, Avropa İttifaqı hazırda bu məsələ ilə bağlı vətəndaş cəmiyyətinin bir sıra tədbirlərini dəstəkləyir.

"Azərbaycan və Ermənistanın Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı üzrə tərəfdaş olduqlarına və Aİ ilə münasibətlərini dərinləşdirmək istədiklərinə görə, fikrimcə, hər iki tərəf bunu istəyənə kimi Aİ-nin daha fəal iştirakı üçün imkan var. Hesab etmirəm ki, Aİ prosesə müdaxilədə xüsusilə maraqlı olsun, lakin hər iki tərəf bu barədə xahiş etsə, əminəm ki, Aİ bu missiyadan imtina etməz", - Sammut qeyd edib.

Bu gün LINKS-in dərc edilən araşdırmasının birinci hissəsində qeyd edilib ki, Ermənistanın indiki siyasi partiyalarının liderlərinin çoxu 1989-1994-cü illərdə münaqişə gedən vaxt döyüşübllər.

"Bunun nəticəsində onlar üçün məsələ şəxsi xarakter daşıyır və onlar anlayırlar ki, münaqişənin nəticəsindən şəxsən onlar üçün çox şey asılıdır", - araşdırmada deyilir.

"Ermənistan siyasətçiləri yekdildirlər ki, Dağlıq Qarabağ münaqişəsinin istənilən nizamlanması ilk növbədə bu ərazinin erməni əhalisinin fikrini və rifahını nəzərə almalıdır. Partiyaların əksəriyyəti hesab edir ki, məqsədə yalnız müstəsna olaraq Dağlıq Qarabağın müstəqilliyi ilə nail olmaq olar. Bəziləri isə qondarma "Dağlıq Qarabağ respublikası"nın dərhal tanınmasına çağırışlar edirlər. Lakin çox az adam münaqişə səbəbindən öz doğma yurdlarındən köçən Dağlıq Qarabağın azərbaycanlı əhalisinin maraqlarını nəzərə alır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti