...

Ermənistan ordusunda hərbi qulluqçunun ölümü ilə bağlı daha iki hadisə baş verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2011 15:23 (UTC +04:00)
İyulun 15-də saat 20:30-da Ermənistan Müdafiə Nazirliyinin H sayhlı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçu Xaçatur Qraçikoviç Tadevosyan (1988-ci il təvəllüdlü) döyüş mövqeyində silahla ehtiyatsız davranaraq avtomat silahdan atəş açıb və xidmət yoldaşı Kolya Ovannesovikç Mesropyanı (1992-ci il) öldürüb. Bu barədə "Armenia Today" xəbər verir.
Ermənistan ordusunda hərbi qulluqçunun ölümü ilə bağlı daha iki hadisə baş verib

İyulun 15-də saat 20:30-da Ermənistan Müdafiə Nazirliyinin H sayhlı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçu Xaçatur Qraçikoviç Tadevosyan (1988-ci il təvəllüdlü) döyüş mövqeyində silahla ehtiyatsız davranaraq avtomat silahdan atəş açıb və xidmət yoldaşı Kolya Ovannesovikç Mesropyanı (1992-ci il) öldürüb. Bu barədə "Armenia Today" xəbər verir.

Yenə iyulun 15-də, saat 16:30-da Azərbaycanın işğal olunmuş ərazisində naməlum şəraitdə Ermənistan ordusunun hərbi qulluqçusu Arutyunyan Andrey Alekseyeviç (1977-ci il) həlak olub.

İnsidentin təfərrüatları dəqiqləşdirilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti