...

David Cameron: Böyük Britaniya ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2012 21:47 (UTC +04:00)
Böyük Britaniya ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Trend-in məlumatına görə, bu fikirləri çərşənbə günü AŞ PA-da çıxışı zamanı Böyük Birtaniyanın Baş naziri David Cameron deyib.
David Cameron: Böyük Britaniya  ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir

Fransa, Strasburq, 25 yanvar/ Trend, müxbir A. Məhərrənmli/

Böyük Britaniya ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Trend-in məlumatına görə, bu fikirləri çərşənbə günü AŞ PA-da çıxışı zamanı Böyük Birtaniyanın Baş naziri David Cameron deyib.

Baş nazir qeyd edib ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur.

"Biz müharibənin yenidən bas verməsini istəmirik. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Böyük Britaniya onun fəaliyyətini dəstəkləyir. Bu o deməkdir ki, biz Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirə biləcək hazırkı prosesi dəstəkləyirik. Düşünürəm ki, Azərbaycan da bu həll yoluna nail olmaq üçün sülh prosesini dəstəkləyir" Baş nazir deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti