...

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Fevral 2012 18:09 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort regiona səfəri çərçivəsində Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşüb.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort regiona səfəri çərçivəsində Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşüb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və müdafiə sahəsində Aİ ilə əməkdaşlıq məsələləri müzakirə edilib. Bu barədə çərşənbə günü Trend "Panorama.am" saytına istinadən məlumat verir.

Tərəflər münaqişə ölkələri arasında etimad mühitinin yaradılmasının zəruriliyini vurğulayıblar. Qeyd olunub ki, buna təmas xəttində insidentlərin araşdırılmasında beynəlxalq mexanizmlərin tətbiqi kömək edə bilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti