...

Ermənilər Kəlbəcərin fındıq ağaclarını qıraraq Ermənistana daşıyırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2012 12:12 (UTC +04:00)
Kəlbəcərin fındıq ağaclarının oduncağı qiymətli mebel materialı kimi ermənilər tərəfindən qırılaraq Ermənistana aparılır.
Ermənilər Kəlbəcərin fındıq ağaclarını qıraraq Ermənistana daşıyırlar

Azərbaycan, Bakı, 2 aprel / Trend müxbir İ.İsabalayeva/

Kəlbəcərin fındıq ağaclarının oduncağı qiymətli mebel materialı kimi ermənilər tərəfindən qırılaraq Ermənistana aparılır.

Trend-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kəlbəcərin meşələrində bitən ağac və kolların bir neçəsi Azərbaycanın "Qırmızı kitab"ına daxil edilib. Kəlbəcər rayonunda dəniz səviyyəsindən 1500-2100 metr hündürlükdə bitən Ayıfındığı və ya ağacvarı fındıq bunlardan biridir. Bəzi Ayıfındığı ağacının hündürlüyü 25 metrə, diametri 48-120 santimetrə çatırdı. Ermənilər bu ağacın oduncağını qıraraq qiymətli mebel materialı kimi Ermənistana aparırlar.

Hazırda Ermənistanın işğalı altında və qəza vəziyyətində olan Sərsəng Su Anbarından aşağıda yaşayan Azərbaycanın 400 min nəfər əhalisi daim təhlükə altındadır. 1976-cı ildə Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarı işğal altında olandan bəri ermənilər illik su sərfinin 85-90 faizini qəsdən, su lazım olmayan vaxtlarda, xüsusilə qış aylarında buraxırlar. Lazım olan vaxtlarda isə illik su normasının 10-15 faizini buraxırlar ki, bu da suyun səviyyəsinin aşağı düşməsinə və suvarmanın qeyri-mümkünlüyünə səbəb olur. Əkin sahələrinə xeyli ziyan dəyir, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır.

Ümumi su tutumu 560 milyon kubmetr, bəndinin hündürlüyü 125 metr olan su anbarı vasitəsilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 79 000 hektar əkin sahəsi suvarılırdı.

Qeyd edək ki, bu gün Kəlbəcərin ermənilər tərəfindən işğal olunmasından 19 il keçir.

Xəbər lenti

Xəbər lenti