...

NATO Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı məqbul sülh yolu ilə həllini dəstəkləyir – xüsusi nümayəndə

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2012 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbirlər E.Mehdiyev, E.Tariverdiyeva/

NATO Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı qəbul oluna bilən sülh yolu ilə həllini dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.

"Minsk prosesi mövcuddur və biz bu prosesdə itirak etməsək də, onu dəstəkləyirik", - o deyib.

Appaturayın sözlərinə görə, NATO Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasına görə narahatdır.

"Son zamanlar bizi narahat edən bəzi insidentlər baş verib", - o əlavə edib.

Appaturay bildirib ki, bu region nəhəng iqtisadi və siyasi potensiala malikdir.

"Münaqişə siyasi həllini tapmalıdır, hərbi həll uğur gətirməyəcək", - o qeyd edib.

NATO-nun xüsusi nümayəndəsi ABŞ-ın Azərbaycana silah satışına qadağa qoymasını şərh etməyib və deyib ki, NATO öz üzvlərinin siyasətini şərh etmir.

Xəbər lenti

Xəbər lenti