...

Ağ Evin rəsmi səhifəsində Xocalı qətliamının tanınması məqsədilə keçirilən səsvermə qaydaları açıqlanıb (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2013 11:26 (UTC +04:00)
Xocalı Qətliamının tanınması məqsədilə Ağ evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiyaya səsvermə davam edir.
Ağ Evin rəsmi səhifəsində Xocalı qətliamının tanınması məqsədilə keçirilən səsvermə qaydaları açıqlanıb (VİDEO)

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İzzət/

Xocalı qətliamının tanınması məqsədilə Ağ evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiyaya səsvermə davam edir.

Diaspora İşləri üzrə Dövlət komitəsindən Trend-ə verilən məlumata görə, Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş petisiya faciəinin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur.

Yanvar 25-dən etibarən ərizə üçün səsvermələr açıq elan olunub və elektron imza toplamaq üçün "Biz Xalqıq" kampaniyası çərçivəsində səsvermə başlayıb.

Kampaniyada iştirak etmək istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:

https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx

Səhifədə göstərilən "Hesab yarat" (Create an account) bölməsinə daxil olmaq, bölməyə daxil olduqdan sonra ad, soyad və e-mail ünvanı göstərilən xanalara müvafiq məlumatları daxil etmək lazımdır.

Bölmədə göztərilən "zip" xanasını boş qoymaq da mümkündür.

Qeydiyyat başa çatdıqdan sonra Ağ evin rəsmi saytından istifadəçinin e-mail ünvanına təsdiq məktubu daxil olur. Məktubun daxilində səhifədə hesab yaratmaq üçün lazım olan şifrə yazılır. Həmin şifrəni "Sign in" bölməsində e-mail ünvanından sonra şifrə bölməsinə daxil etmək lazımdır.

Qeyd: e-mail ünvanına gələn məktubun daxilində olan linkə keçid verərək daxil olmaq da mümkündür .

"Log in" düyməsini sıxdıqdan sonra qeydiyyat başa çatmış hesab edilir və şəxsi hesab açılır. Şəxsi hesabınızda göstərilən "SİGN THİS PETİTİON" (Bu ərizəni imzala) düyməsini sıxaraq petisiyanı imzalamaq mümkündür.

Məhdudiyyətlər. Hesab limiti: Hər şəxs yalnız bir İP ünvandan (bir kompyuterdən) səs verə bilər. İstifadəçi bir neçə dəfə hesab yaratmağa və ya imza atmağa cəhd edərsə Ağ Ev qeydiyyatda olan kompüterlərin İP ünvanının istifadəsinə məhdudiyyət qoyacaq.

Səsvermə proseduru ilə aşağıdakı linkdə yerləşdirilmiş videoçarxda tanış olmaq mümkündür:

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti