...

Almaniyada Qarabağ haqqında hekayələr kitabının təqdimatı olacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2013 17:33 (UTC +04:00)
Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar fevralın 25-də Almaniyanın paytaxtı Berlində Kete Kollvitsa muzeyində "Qarabağ - itirilmiş vətən haqqında hekayələr" adlı ədəbi gecə keçiriləcək.
Almaniyada Qarabağ haqqında hekayələr kitabının təqdimatı olacaq

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir M.Əliyev/

Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar fevralın 25-də Almaniyanın paytaxtı Berlində Kete Kollvitsa muzeyində "Qarabağ - itirilmiş vətən haqqında hekayələr" adlı ədəbi gecə keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresi və komitənin dəstəyi ilə baş tutacaq gecədə yazıçı-publisist Günel Anarqızının alman dilinə tərcümə olunmuş "Qarabağ hekayələri" kitabının təqdimatı planlaşdırılıb. Kitabda Günelin bu doğma, eyni zamanda, uzaq diyarla bağlı acılı-şirinli xatirələri toplanıb.

Tədbirdə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Potsdam Universitetinin professoru Vilfrid Furmanın iştirakı nəzərdə tutulub.

Gecədə alman dramaturq Ronald Qranz kitabdan seçilmiş hekayələr oxuyacaq. Sonda "Qarabağ hekayələri"nin azərbaycanca audio formatının yazılmasında iştirak etmiş Nərgiz Cəlilova və Emin Musəvi ilə müzakirələr təşkil olunacaq.

Qeyd edək ki, "Qarabağ hekayələri" Azərbaycanda iki dildə (Azərbaycan və rus) audio-kitab kimi də hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti