...

Azərbaycan gəncləri "Xocalıya ədalət" kampaniyası çərçivəsində e-mail müraciətlər göndərməyə başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2013 13:16 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi "Xocalıya ədalət" kampaniyası çərçivəsində e-mail müraciətlərin göndərilməsi aksiyasına start verib.
Azərbaycan gəncləri "Xocalıya ədalət" kampaniyası çərçivəsində e-mail müraciətlər göndərməyə başlayıb

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir M.Əliyev/

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi "Xocalıya ədalət" kampaniyası çərçivəsində e-mail müraciətlərin göndərilməsi aksiyasına start verib.

Trend-in məlumatına görə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov bununla bağlı cümə axşamı keçirilən tədbirdə bildirib ki, aksiya çərçivəsində Xocalı faciəsi haqqında konkret faktlara əsaslanan məlumatlar 100 minədək e-mail ünvana göndəriləcək.

Onun sözlərinə görə, öncədən hazırlanmış ingilis dilində olan müraciət gənclər tərəfindən ABŞ Dövlət Departamentinin müxtəlif qurumlarına, insan haqlarının müdafiəsi ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarına göndəriləcək.

Müraciətin göndərildiyi üvnanlardan baş vermiş bu dəhşətli hadisəyə konkret münasibət bildirmələri, təmsil olunduqları ölkələrdə və ali kürsülərdə Xocalı soyqırımı haqqında məlumat vermələri, bu cinayətin hüquqi qiymətləndirilməsi üçün kömək göstərmələri xahiş olunur.

Aksiyada partiyanın bütün rayon və şəhər təşkilatlarının gənclər birliklərinin üzvləri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti