...

İsveçrə ATƏT-ə sədrliyi zamanı Dağlıq Qarabağ münaqişəsinə ciddi diqqət ayıracaq (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyul 2013 16:36 (UTC +04:00)
İsveçrə gələcəkdə ATƏT-ə sədrlik edəcəyi müddətdə Dağlıq Qarabağ münaqişəsinə ciddi diqqət ayıracaq. Trend-in məlumatına görə, bu barədə Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardi jurnalistlərə açıqlamasında bildirib.
İsveçrə ATƏT-ə sədrliyi zamanı Dağlıq Qarabağ münaqişəsinə ciddi diqqət ayıracaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir S.Ağayeva/

İsveçrə gələcəkdə ATƏT-ə sədrlik edəcəyi müddətdə Dağlıq Qarabağ münaqişəsinə ciddi diqqət ayıracaq. Trend-in məlumatına görə, bu barədə Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardi jurnalistlərə açıqlamasında bildirib.

Lombardi bildirib: "Gələn il İsveçrə ATƏT-ə, Azərbaycan isə Avropa Şurasına sədrlik edəcək. Mən Azərbaycan XİN rəhbəri ilə danışıqlar zamanı bizim ölkələr arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdim".

O, ümumilikdə iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib və vurğulayıb ki, əlaqələr daim inkişaf edir:

"Azərbaycan XİN rəhbərinin oktyabr ayında İsveçrəyə səfəri və İsveçrə XİN rəhbərinin Bakıya vaxtı hələ dəqiqləşdirilən səfəri bu əlaqələrin möhkəmləndirilməsinə kömək edə bilər".

Lombardi qeyd edib ki, iyirimi ildən artıq müddətdə davam edən Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması böyük təəssüf hissi doğurur və bu, uğursuzluqdur: "Əgər İsveçrə gələcəkdə ATƏT-ə sədrlik edəcəyi müddətdə bu məsələni ölü nöqtədən tərpətməyi bacarsa, biz buna şad olarıq".

Parlamentari bildirib ki, İsveçrə Azərbaycanın öz qazının Avropaya tədarükü ilə bağlı qərarını alqışlayır: "Biz energetika sahəsi də daxil olmaqla iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti