...

ATƏT cəbhə xəttində vəziyyəti araşdıracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyul 2013 09:45 (UTC +04:00)
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqi keçirəcək.
ATƏT cəbhə xəttində vəziyyəti araşdıracaq

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir S.Əhmədova/

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqi keçirəcək.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 24-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Veysəlli kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Yevgeniy Şarov keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti