...

Cəbhə xəttində atəşkəs bir neçə istiqamətdə pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2014 10:37 (UTC +04:00)
Erməni silahlı bölmələri müxtəlif istiqamətlərdə atəşkəsi pozublar.
Cəbhə xəttində atəşkəs bir neçə istiqamətdə pozulub

Azərbaycan, Bakı, 20 yanvar /Trend /

Erməni silahlı bölmələri müxtəlif istiqamətlərdə atəşkəsi pozublar.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Tərtər rayonunun Çaylı, Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti