...

Azərbaycanlı tələbələr Böyük Britaniyanın Edinburq şәhәrindә Xocalı soyqırımı ilə bağlı üç gün aksiya keçirib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2014 09:32 (UTC +04:00)
Böyük Britaniyanın Edinburq şәhәrindә Xocalı soyqırımının 22-ci ildönümünә hәsr edilmiş etiraz aksiyası keçirilib.
Azərbaycanlı tələbələr Böyük Britaniyanın Edinburq şәhәrindә Xocalı soyqırımı ilə bağlı üç gün aksiya keçirib (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend/

Böyük Britaniyanın Edinburq şәhәrindә Xocalı soyqırımının 22-ci ildönümünә hәsr edilmiş etiraz aksiyası keçirilib. Üç gün davam edən aksiya Edinburqda tәhsil alan tәlәbәlәrin tәşşәbbüsü vә Azәrbaycanın Böyük Britaniyadakı Sәfirliyinin dәstәyi ilә baş tutub.

Trend-in məlumatına görə, hər gün təxminən beş saat davam edən aksiyada "Xocalıya әdalәt" şüarı altında yazılmıs plakatlar, Xocalı qәtliamı ilә bağlı dünya mәtbuatında yayımlanmış mәqalәlәr, hadisәni әks etdirәn fotoşәkillәr vә müxtәlif nәşrlәr nümayiş olunub.

Hәmçinin, Edinburqda tәhsil alan tәlәbәlәrimiz tәrәfindәn ictimayyәt arasında Xocalı faciәsini әks etdirәn beş mindən artıq mәlumatlandırıcı buklet paylanılıb. Bundan әlavә, yerli әhaliyә Ermәnistan- Azәrbaycan, Dağlıq Qarabağ münaqişәsi vә xüsusilә Xocalı faciәsi ilә bağlı dolğun mәlumatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti