...

Ermənistan və Rusiya qoşunların təmas xəttində vəziyyətin sabitləşməsi imkanlarını müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Avqust 2014 18:16 (UTC +04:00)
Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu gün Rusiyanın bu ölkədəki səfiri İvan Volınkinlə görüşüb.
Ermənistan və Rusiya qoşunların təmas xəttində vəziyyətin sabitləşməsi imkanlarını müzakirə ediblər

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu gün Rusiyanın bu ölkədəki səfiri İvan Volınkinlə görüşüb.

Trend-in çərşəmbə axşamı "Armenia Today"-ə istinadən verdiyi məlumata görə, görüşün yekunu üzrə Ermənistan Müdafiə Nazirliyi və Rusiya səfirliyinin birgə bəyanatında nazir və səfir Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artmasından narahatlıqlarını bildiriblər və vəziyyətin sabitləşməsi imkanlarını müzakirə ediblər.

Tərəflər münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə nizamlanmasının davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti