...

Müdafiə Nazirliyi: Cəbhədə atəşkəs rejimi 99 dəfə pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Avqust 2014 09:35 (UTC +04:00)
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 99 dəfə pozulub.
Müdafiə Nazirliyi: Cəbhədə atəşkəs rejimi 99 dəfə pozulub

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 99 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə biuldiriblər ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Ağdam kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Vozaşen, Berkaber və Paravakar, Noyemberyan rayonunun Barekamavan, Dovex və Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Kəmərli, Fərəhli, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Sarıcalı, Kəngərli, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Göyarx, Çaylı, Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti