...

Ermənistanın müdafiə naziri Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlıların yerləşdirilməsinə ehtiyac görmür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Avqust 2014 12:34 (UTC +04:00)
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlıların yerləşdirilməsinə ehtiyac görmür. Bu barədə nazir çərşənbə günü mətbuat konfransında deyib. Trend-in məlumatına görə, xəbəri “news.am” saytı yayıb.
Ermənistanın müdafiə naziri Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlıların yerləşdirilməsinə ehtiyac görmür

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlıların yerləşdirilməsinə ehtiyac görmür. Bu barədə nazir çərşənbə günü mətbuat konfransında deyib. Trend-in məlumatına görə, xəbəri "news.am" saytı yayıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi dünyada yeganə münaqişədir ki, orada tərəflər atəşkəsi dəstəkləyirlər.

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Son günlər ərzində ermənilərin kəşfiyyat-təxribat qruplarının Azərbaycan Silahlı Qüvvələrinin postlarına hücumları nəticəsində 13 azərbaycanlı hərbi qulluqçu həlak olub, bir neçə nəfər yaralanıb. Ermənilər daha çox itki versələr də, bu faktı ictimaiyyətdən gizlətməyə çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti