...

Sahib Alıyev: Hər ötən il Ermənistan öz şanslarını daha da itirir, daha da təcrid vəziyyətinə düşür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Avqust 2014 12:30 (UTC +04:00)
Soçi görüşünün nəticələri haqqında konkret fikir söyləmək çətindir, amma Rusiya Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə son zamanlar danışıqların passivliyi fonunda belə bir təşəbbüs göstərməsi hər halda müsbət haldır.
Sahib Alıyev: Hər ötən il Ermənistan öz şanslarını daha da itirir, daha da təcrid vəziyyətinə düşür

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Soçi görüşünün nəticələri haqqında konkret fikir söyləmək çətindir, amma Rusiya Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə son zamanlar danışıqların passivliyi fonunda belə bir təşəbbüs göstərməsi hər halda müsbət haldır. Bu barədə Trend-ə millət vəkili Sahib Alıyev Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə münasibət bildirərkən deyib.

Ümumiyyətlə, bu münaqişənin sülh yolu ilə həllinə şans yaradan hər bir addımı qiymətləndirdiyini deyən millət vəkili bildirib ki, istənilən danışıq savaşdan daha əhəmiyyətlidir: "Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli nəinki Azərbaycanın, eyni dərəcədə də həm Ermənistanın, həm də Rusiyanın maraqlarına cavab verir. Əgər indiki geosiyasi konyunkturanı nəzərə alsaq, bunu aydın görmək olar. Ona görə Azərbaycanın marağındadır ki, torpaqlarının 20 faizi 20 ildən artıq bir müddətdir ki, işğal altındadır, ölkədə bir milyondan artıq insan qaçqın və məcburi köçkün düşüb. Təbii ki, bu problemlərin həlli ölkə üçün birinci dərəcəli məsələdir".

S.Alıyevin sözlərinə görə, münaqişənin həlli Ermənistanın maraqlarına ona görə cavab verir ki, hər il bu dövlət öz şanslarını daha da itirir, daha da təcrid vəziyyətinə düşür: "Hər ötən il Ermənistanın müstəqilliyini bir az da itirməsi deməkdir. Hər il on minlərlə insanın Ermənistandan köçüb getməsi deməkdir. Belə vəziyyət isə ölkəni uçuruma aparır".

Rusiyanın maraqlarına gəlincə isə, millət vəkili hesab edir ki, münaqişənin məhz indi, yəni Rusiyanın Ermənistana yetərincə təsir imkanları olduğu bir vaxtda həlli Rusiyanın maraqlarına da cavab verərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti