...

Anjey Kaspşik Dağlıq Qarabağda hansı xidmətləri göstərdi ki?

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2014 11:58 (UTC +04:00)
Rusiya və ABŞ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki təltif edib.
Anjey Kaspşik Dağlıq Qarabağda hansı xidmətləri göstərdi ki?

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Rusiya və ABŞ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki təltif edib.

Trend-in məlumatına görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb ki, Anjey Kaspşik Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi fəaliyyətinə görə təltif olunub.

Çox maraqlıdır, Anjey Kaspşik hansı xidmətlərinə görə bu təltifə layiq görülüb? O, sadəcə öz missiyasını yerinə yetirir. Əgər münaqişənin həllində irəliləyiş yoxdursa, cəbhədə vəziyyət gərgin olaraq qalırsa, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməyibsə, burada hansı uğurdan və ya fəaliyyətdən danışmaq olar?

Deyəsən, bu təltif Anjey Kaspşikin regiona turist səfərlərinə görədir. Buna başqa ad vermək olmaz.

Bütün hallarda Anjey Kaspşiki bu təltifə görə təbrik edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti