...

Düşmən susdurulsa da, yenə də susmur...

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Dekabr 2014 09:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İlkin İzzət/

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, erməni silahlı bölmələri Ermənistanın Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Novruzlu, Sarıcalı, Kəngərli, Şuraabad, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti