Ermənistanın hərb siyasətində "əxlaqsız qadın taktikası"

Ermənistanın hərb siyasətində "əxlaqsız qadın taktikası"

Azərbaycan xəbərlər xidməti

İlkin Bağırov - Trend:



Artıq uzun illərdir ki, Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş Ermənistan əldə etdiklərini qoruyub saxlamaq naminə cəbhə xəttində də müxtəlif təxribatlara əl atır. Lakin bu üsulla yalnız məğlubiyyətlərini tezləşdirmiş olurlar.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlara əsasən, 2015-ci il yanvarın 1-dən fevralın 16-dək erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 3087 dəfə pozublar. Əvvəlki illərlə müqayisədə atəşkəs rejimi artıq əsasən iriçaplı pulemyotlardan və minaatanlardan istifadə edilməklə pozulur.

Atəşkəs rejiminin son zamanlar əsasən Ermənistanla sərhəddə Qazax, Tovuz, Ağstafa rayonu istiqamətlərində pozulduğu müşahidə edilir. Ermənilər bu istiqamətdə təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini deyil, həm də mülki əhalini və obyektləri hədəfə alırlar. Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüququn normaları və prinsiplərinə riayət etməyərək heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektləri, dinc sakinləri, mülki əhalinin şəxsi əmlakını atəşə məruz qoymaqla Azərbaycan tərəfini də adekvat addımlar atmaqla provokasiyaya çəkməyə çalışırlar.

Ermənistanın Azərbaycanla dövlət sərhədində gərginliyi artırmaqda məqsədi isə beynəlxalq təşkilatların diqqətini bu istiqamətə yönəltmək və münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) cəlb olunmasına nail olmaqdır. Bir neçə gün öncə Ermənistandan olan jurnalistin KTMT-nin baş katibi Nikolay Bordyujaya bununla bağlı sual ünvanlaması erməni tərəfinin belə niyyətlərini açıq-aydın göstərir. Onlar bu məqsədlə sərhəddə hətta müxtəlif təxribat xarakterli əməllərə əl atmaqdan çəkinmir, erməni kəşfiyyat qrupları müxtəlif istiqamətlər üzrə təxribatlar törətməyə cəhd göstərirlər.

Bunlardan ən yaddaqalanları bu il yanvarın 21, 23, 26, 31-i və fevralın 11-də qeydə alınıb. Bunlardan sonuncusunda, yəni fevralın 11-də düşmən qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib. Şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində ermənilərin 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb. Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri də daxil olmaqla bir neçə əsgəri məhv edilib, xeyli hərbçisi isə yaralanıb.

Bundan əlavə, yanvar və fevral ayları ərzində Ermənistan tərəfi ATƏT-in monitorinq apardığı zaman cəbhə xəttində 2 dəfə təxribata cəhd göstərib. Bunlardan biri yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi, digəri isə yanvarın 29-da Qazaxın Məzəm kəndi istiqamətində baş verib. Bu faktları ATƏT-in cəbhə xəttində monitorinq aparan nümayəndələri də təsdiq ediblər. Burada məqsəd beynəlxalq təşkilatların diqqətini daha çox cəlb etmək, işğal edilmiş torpaqları separatçı rejimin ərazisi kimi təqdim və təbliğ etməkdir.

Yanvarın 29-da saat 14:00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus ərazinin kəşfiyyatının aparılması üçün nəzərdə tutulmuş pilotsuz uçan aparatının (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edildiyini də unutmaq olmaz. Sual olunur, ermənilər kəndlərdə nəyin kəşfiyyatını aparırdılar? Cavab sadədir. Məqsəd Azərbaycan Silahlı Qüvvələrinin ön xətdə olan mövqelərindən başqa, yaşayış məntəqələrinin də kəşfiyyatını aparmaq, eləcə də artilleriya qüvvələrinin mövqelərini dəqiqləşdirməkdir.

Maraqlısı ondadır ki, təhlillər göstərir ki, düşmən tərəf hər dəfə cəbhədə hər hansı təxribat törətməmişdən əvvəl Ermənistan Müdafiə Nazirliyinə istinadən kütləvi informasiya vasitələri guya Silahlı Qüvvələrimizin bölmələri tərəfindən cəbhədə təxribat törədilməsi və itki verməyimiz barədə yalan məlumatlar yayırlar. Hər dəfə də bu dezinformasiyalardan adətən bir və ya bir neçə gün sonra cəbhədə erməni diversiya qruplarının təxribat cəhdi qeydə alınır. Bu təxribatlar da əsasən Ermənistanla dövlət sərhədində baş verir. Lakin hər dəfə düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilir. Artıq ilin əvvəlindən bu günə kimi erməni tərəfinin cəbhədəki itkilərinin sayı 30 nəfərə yaxınlaşır. Azərbaycan tərəfinin itkiləri isə bundan 10 dəfə azdır. Buradan aydın görmək olur ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinin də elan etdiyi kimi, düşmənə qarşı "1-ə 10" prinsipi var gücü işləyir. Bu isə indiki məqamda Azərbaycan tərəfini nisbətən qane edir. Çünki bu minvalla Azərbaycan heç total müharibəyə başlamadan da, sadəcə intensivliyi azca artırmaqla tədricən istəyinə nail ola bilər.

Daha bir diqqəti cəlb edən məsələ odur ki, istər Ermənistanla sərhəddə, istərsə də Azərbaycanın işğal olunmuş ərazilərində məhv edilmiş erməni hərbçilərin əksəriyyəti Ermənistandan hərbi xidmətə çağırılanlardır. Bunu Ermənistan tərəfi özü də rəsmi şəkildə təsdiq edir. Bu isə bir daha sübut edir ki, Qarabağ məsələsinin arxasında heç də qondarma "DQR" və onun "özünümüdafiə bölmələri" yox, 20-25 il əvvəl olduğu kimi, yenə də Ermənistan və onun işğalçı silahlı qüvvələri dayanır.

Ümumiyyətlə, Serj Sarkisyanın prezidentliyi dövrünün son bir neçə ili ərzində Ermənistan ordusunda itkilərin sayı kəskin artaraq yüzlərlə həbrçi təşkil edib ki, bu da Ermənistan kimi kiçik dövlət üçün çox böyük göstərici hesab oluna bilər.

Yeri gəlmişkən, Ermənistan ordusunun cəbhədəki itkiləri təkcə Azərbaycan tərəfi ilə atışma nəticəsində baş vermir. Son dövrlərdə ermənilərin bir-birini qırması hallarına daha çox rast gəlinir. Bu, həm də Ermənistan ordusundakı nizamnamədənkənar münasibətlər və "dedovşina", eləcə də hərbçilərin hansı bölgədən olması ilə sıx bağlıdır. Orduda nizamnamədənkənar münasibətlər geniş vüsət alıb. Məsələn, fevralın 14-də erməni əsgərlərinin bir-birini atəşə tutmasından sonra ölüm və yaralanma faktı qeydə alınıb. Buna bənzər hadisələr dəfələrlə baş verib. Bu hal, əsasən, Ermənistandan gələnlərlə Dağlıq Qarabağdan olan ermənilər arasında tez-tez baş verən mübahisə və münaqişələr nəticəsində ortaya çıxır. Orduda qruplaşmaların olduğu açıq-aydın hiss olunur. Çox zaman işğal edilmiş Dağlıq Qarabağdan olan ermənilərlə Ermənistandan gələnlər yola gedə bilmirlər. Orduda yuxarı və aşağı zabit heyəti, eləcə də gizirlər arasında, həmçinin gənc əsgərlərlə daha stajlı əsgərlər arasında münasibətlərdə gərginlik müşahidə edilir. Bu isə ordunun daxilində gedən deqradasiya prosesinin sürətləndiyinin göstəricisidir. Lakin Ermənistanın, eləcə də onun Silahlı Qüvvələrinin rəhbərliyi əxlaqsız qadınlar kimi hər vəchlə bu faktları təkzib etməyə və onları tamamilə kontekstdən çıxmış formada təqdim etməyə çalışır.

Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Loading Bars
Xəbər lenti
Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur - Departament direktoru
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək
Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb
İtaliyada koronavirusdan sağalanlar vaksinin bir dozası ilə peyvəndlənəcək
Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi - Koçaryan
Şəkər xəstəsi olmağıma baxmayaraq, vaksin vurdurmaq istəyirdim - Vaksinasiyadan keçən müəllim - FOTO
TamKartla yeni fürsətlər
Martın 7-də 3254 şagird üçün buraxılış imtahanı keçiriləcək
Sabah yağış yağacaq
"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır
Şagirdlərlə təmasda olduğumuzdan vaksinasiya bizim üçün mütləqdir - Müəllim - FOTO
Ermənistanda müxalifət liderinə ölkəni tərk etmək qadağan olundu
Ağdamda idarə rəisinin minaya düşdüyü ərazidə daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb (FOTO)
Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
Yaralı halda şəhid yoldaşımı kilometrlərlə daşıdım - Qazi
Ermənilər Azərbaycanın tərkibində daha yaxşı yaşaya bilərlər – Deputat
Üzgüçülük üzrə Tokio yay olimpiya oyunlarında Azərbaycan idmançıları yüksək nəticə göstərib
Xudafərin gömrük postunun açılması ilə bağlı danışıqlar gedir
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Özünüməşğulluğun təşkilində Həmkarlar İttifaqları Konfederasiyası ilə də əməkdaşlıq ediləcək
Ötən gün Azərbaycanda 24 mindən çox insan vaksinasiya olunub
Azərbaycan və Pakistan arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib
Magistraturaya imtahanda cəmi 1 nəfər bütün suallara düzgün cavab verib
Bu il magistraturaya imtahanda yüksək bal toplayanların sayı artıb - DİM
Ötən il ölkəyə ən çox idxal olunan məhsullar açıqlanıb
Gömrükdə aşkarlanan narkotik vasitələrin həcmi artıb
DİN Qazaxdakı dava barədə məlumat yaydı
DGK-yə yeni bina tikilir
Azərbaycan diasporu qazilərə əlil arabaları bağışlayıb (FOTO)
Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb
Kaspersky 2020-ci ildə “stalker” proqramları ilə mübarizə nəticələrinin icmalını hazırlayıb
Gün ərzində 800-1000 müəllim peyvənd olunacaq
Hindistanda Tac-Mahal məqbərəsi təxliyə olundu
Sabiq məktəb direktoruna cinayət işi açılıb
“AccessBank”dan xanımlara özəl təklif
Azərbaycan Təhsil Şəbəkəsinin əhatə dairəsi genişləndirildi
Xaçmaz sakinindən avtomat götürülüb
Ötən il ölkəyə 10 milyard 730 milyon dollarlıq məhsul idxal olunub - Komitə sədri
Bakıda üçmərtəbəli ev yanıb, 1 nəfər ölüb (ƏLAVƏ OLUNUB)
ANAMA Ağdamda mina partlayan ərazidə araşdırmalara başlayıb (FOTO)
Ağdamda minaya düşən idarə rəisi Bakıya gətirilir
Əli Əsədovun sədrliyi ilə iclas keçirilib (FOTO)
Ötən il büdcəyə 4 milyard manata yaxın pul köçürülüb - Səfər Mehdiyev
Miqrasiya Xidməti ikili vətəndaşlığı olan şəxslərə xəbərdarlıq etdi
Azərbaycan nefti bahalaşıb
Füzuli rayonunun Qaradağlı kəndi (VİDEO)
Dövlət Gömrük Komitəsi hesabat verib (FOTO/VİDEO)
Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb
Qarabağın inkişafı və bərpası hökumətin əsas prioritetidir
Azərbaycan ikinci Qarabağ müharibəsində PUA-ların istifadəsində böyük uğur qazandı - Avstraliya nəşri
Azərbaycanda internet televiziya və radioları üçün yeni yayım imkanları yaradılacaq
PAŞA Bank nağdsız ödənişlərin inkişafına verdiyi töhfəyə görə 3 nominasiyanın qalibi seçilib
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur - İşçi qrupunun üzvü
Arvadının ölümünə dözməyən kişinin meyiti həyətdən tapıldı
Müəllimlərin vaksinasiyası üçün 10 peyvənd məntəqəsi fəaliyyət göstərir
Müəllimlər vaksinasiya olunur (FOTO)
ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir
Ötən gün yol qəzalarında 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Yaşa görə pensiyaların orta aylıq məbləği artıb
Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!
Martın 7-də dövlət qulluğuna test imtahanları keçiriləcək
İraq qəzeti Prezident İlham Əliyevin mətbuat konfransı ilə bağlı məqalə dərc edib
Ağdamda minaya düşən idarə rəisinin vəziyyəti stabilləşib
Bu gün xarici valyutaların manata qarşı məzənnələri
Qubadlıda polis gücləndirilmiş rejimdə işləyir (FOTO/VİDEO)
Aksiyalarda Paşinyan snayperlərlə belə qorunur (VİDEO)
Əfv Məsələləri Komissiyası bu gün yeni müraciətlərə baxacaq
Kanada əmək miqrantları üçün ən cəlbedici ölkədir
Türkiyə dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracını artırıb
İlon Mask "Starship"in partlamasını şərh etdi
Koronavirusun mutasiyalarının gözlənilməz olduğundan qorunma tədbirləri davam etdirilməlidir - ÜST
Venesuelada koronavirusun "Braziliya" ştammına yoluxmalar qeydə alınıb
İsraildə koronavirusa daha 4 173 yoluxma qeydə alınıb
"Starship" gəmisinin prototipi enişdən sonra partlayıb
Almaniyada karantin rejiminin müddəti uzadılıb
"Barselona" İspaniya Kubokunun finalına vəsiqə qazandı
Britaniyada koronavirusa yoluxanların sayı 4,2 milyon nəfərə çatır
İraqda raket hücumu nəticəsində ABŞ vətəndaşları xəsarət almayıb - Pentaqon
Türkiyədə koronavirusdan sağalanların sayı 2,6 milyon nəfərə çatır
ÜST: Dünyada ötən sutka koronavirusa 348 mindən çox yoluxma qeydə alınıb
Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb (FOTO)
İsveçdə cinayətkar 8 nəfəri yaralayıb
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
Millinin oyunu neytral meydanda keçiriləcək
İrana səfər qaydaları AÇIQLANDI
Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb
Gəncədə 5 otaqlı ev yanıb
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib, Ermənistan isə çöküb - STATİSTİKA
Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub
Azərbaycanda mobil operatorların gəlirləri azalıb
Azərbaycanın "ağıllı" layihələr üzrə təcrübəsi Belarusda təqdim olunacaq
Yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənləri xeyli üstələyib
Niderlandın nüfuzlu qəzetində Xocalı soyqırmı ilə bağlı məqalə dərc olunub
Xorvatiyanın "yaşıl enerji" şirkətləri azad edilmiş ərazilərin inkişafına öz töhfəsini verə bilər - Səfirlik
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı tədbir görülməyəcək - BŞTİ müdiri
Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
Bütün xəbərlər