...

ARGTMŞ "Xocalıya ədalət" kampaniyası çərçivəsində yeni aksiyaya start verir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2015 09:52 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) “Xocalıya ədalət” (Justice For Khojaly) kampaniyası çərçivəsində yeni aksiyaya başlayıb.
ARGTMŞ "Xocalıya ədalət" kampaniyası çərçivəsində yeni aksiyaya start verir

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) "Xocalıya ədalət" (Justice For Khojaly) kampaniyası çərçivəsində yeni aksiyaya başlayıb.

ARGTMŞ-dən Trend-ə verilən məlumata görə, aksiyanın məqsədi Xocalı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və aparılan "Xocalıya Ədalət" kampaniyasına dəstək verməkdir. Aksiya elektron poçt ünvanlarında istifadə olunan imzalarda "Xocalıya ədalət" kampaniyası ilə əlaqədar elektron bannerin yerləşdirilməsindən ibarətdir və bu banner yerləşdirilməklə göndərilən hər bir elekron poçt "Xocalıya ədalət" kampaniyasına dəstəkdir.

Aksiya çərçivəsində "Xocalıya Ədalət" kampaniyası və Xocalı soyqırımı qurbanlarına aid statistik göstəriciləri ehtiva edən elektron banner aksiya iştirakçılarının elektron poçt imzalarına əlavə olunacaq. Aksiya iştirakçılarının bütün ölkə daxili və beynəlxalq yazışmalarında sözü gedən elektron banner əks olunacaq və aksiya iştirakçılarının göndərdiyi bütün elektron poçtları qəbul edən şəxslər Xocalı həqiqətlərindən xəbərdar olacaqlar. Aksiya 26 Fevral - Xocalı faciəsinin anım günü başlayacaq və qondarma erməni soyqırımının anım gününə qədər davam edəcək.

Aksiyaya istifadə edilən elektron poçt ünvanına aksiyanın bannerini quraşdırmaqla qoşulmaq mümkündür.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə aksiyanın kampaniyanın qondarma Erməni soyqırımının anım gününə qədər davam edəcəyini bildirib: "Son illərdə Heydər Əliyev Fondunun vitse - prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan "Xocalıya Ədalət" kampaniyası vasitəsi ilə Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Tərəfimizdən "Xocalıya Ədalət" kampaniyasına dəstək olaraq həyata keçirilən elektron poçt imzası aksiyası yalnız 26 fevral tarixi ilə məhdudlaşmayacaq, aksiyaya qoşulan vətəndaşlarımızın gündəlik yazışmalarında da, əks olunacaq. Aksiyamız qondarma erməni soyqırımı gününə qədər davam edəcək".

Aksiyaya qoşulmaq üçün ətraflı məlumat və təlimatı www.khojaly.nayora.az ünvanından əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti