...

Ermənilərin mədəni irs üzrə konvensiya layihəsi hazırlamaq cəhdləri iflasa uğradı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Mart 2015 17:21 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (PA) Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının iclasında ermənilərin MDB ölkələrinin mədəni irsinin qorunmasına dair konvensiya layihəsini hazırlamaq planlarına mane olub.
Ermənilərin mədəni irs üzrə konvensiya layihəsi hazırlamaq cəhdləri iflasa uğradı

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (PA) Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının iclasında ermənilərin MDB ölkələrinin mədəni irsinin qorunmasına dair konvensiya layihəsini hazırlamaq planlarına mane olub. Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan nümayəndə heyətinin üzvü Rauf Əliyev deyib.

Onun sözlərinə görə, ötən gün Sankt-Peterburqda keçirilmiş MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının iclasında Ermənistan nümayəndə heyəti MDB ölkələrinin mədəni irsinin qorunmasına dair konvensiya layihəsini hazırlamaq üzrə rəhbərliyi Ermənistan Mədəniyyət Nazirliyinə vermək təşəbbüsü ilə çıxış edib: "Bu təşəbbüs Azərbaycan nümayəndə heyətinin hiddətinə səbəb olub".

R.Əliyev qeyd edib ki, iclasda çıxış edərkən daimi komissiyanın sədr və baş katibinə, eləcə də iclas iştirakçılarına Azərbaycan ərazilərini işğal etməsi nəticəsində oradakı bütün mədəni irsi və memarlıq abidələrini tam məhv etmiş Ermənistanın fəaliyyəti ilə bağlı faktları çatdırıb.

Deputat hesab edir ki, hər bir dövlət və xalqın mədəni irsi var və MDB PA-nın bütün üzvlərinin konvensiya layihəsinə təkliflərini vermək hüququ var.

Millət vəkilinin təşəbbüsü ilə iclasda MDB-nin bütün ölkələrinin nümayəndələrinin daxil olacağı konvensiya layihəsinin hazırlanması üzrə işçi qrupunun yaradılması haqqında qərar qəbul edilib. İşçi qrupuna rəhbərlik Belarusa tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti