...

Pedro Aqramunt: Avropada hələ də həll edilməmiş münaqişələr var

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2016 15:51 (UTC +04:00)
Avropada hələ də həll edilməmiş münaqişələr problemi mövcuddur.
Pedro Aqramunt: Avropada hələ də həll edilməmiş münaqişələr var

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropada hələ də həll edilməmiş münaqişələr problemi mövcuddur. Trend-in məlumatına görə, bunu AŞ PA-nın yeni seçilmiş prezidenti Pedro Aqramunt Assambleyanın sessiyası çərçivəsində çıxışında deyib.

O, həll edilməmiş münaqişələri AŞ PA üçün çağırışlardan biri adlandırıb: "Dağlıq Qarabağ, Dnestryanı, Ukraynanın şərqində və Gürcüstandakı münaqişələr hələ də nizamlanmayıb".

P.Aqramuntun sözlərinə görə, bu məsələ, eləcə də təhlükəsizliyin təmin edilməsi və miqrasiya böhranı yaxın vaxtlarda AŞ PA-nın gündəliyində əsas yer tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti